Kürdəmirdə "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusu müzakirə edilib

Xəbərlər / 17.03.2022 / 12:36

Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının birgə təşkilatçılığı ilə "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib.

YAP-ın Kürdəmir rayon təşkilatının qərargahında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Çıxışlar zamanı qeyd olunub ki, milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli dəyərlərimizin qorunması və inkişafı məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin milli-mənəvi dəyərlərə münasibəti onun yaradıcısı olduğu azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsidir. Hər bir məsələdə Heydər Əliyev ideyalarını meyar kimi görən Prezident İlham Əliyevin milli dəyərlərin qorunması, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrinin təbliğində, irsimizin tanıdılmasında, həmçinin dünyanın müxtəlif guşələrində əyani şəkildə nümayişində Heydər Əliyev Fondunun məxsusi xidmətləri də iştirakçıların diqqətinə çatdırılıb.


Son baxılan xəbərlər

Ağdaşda dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub

Xəbərlər
07.12.2022 / 14:54
Ətraflı oxu

Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
12.10.2018 / 15:54
Ətraflı oxu

Yevlaxda Vətən müharibəsinə həsr olunmuş “Vətən naminə” sənədli filminin nümayiş keçirilib

Press-relizlər
13.10.2021 / 16:32
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşüb

Xəbərlər
21.02.2023 / 09:19
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
19.06.2017 / 17:06
Ətraflı oxu

Dövlət Komitəsində videokonfrans formatında müşavirə keçirilib

Press-relizlər
19.06.2020 / 15:12
Ətraflı oxu