Xəbərlər / 14.03.2022 / 16:14
Martın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi, S.Kazımbəyov adına 6 saylı tam orta məktəb və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “İşıqlı gələcək üçün erkən nikaha yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə təşkilatçı qurumların nümayəndələri, məktəbin müəllim və şagirdləri iştirak edib.
Çıxışlar zamanı erkən nikah və onun fəsadları barədə məlumat verilib. Erkən nikahlara qarşı mübarizədə cəmiyyətin bütün üzvlərinin birgə mübarizəsinin vacibliyi qeyd edilib.