
Xəbərlər / 10.03.2022 / 17:51
Martın 10-da Gədəbəy rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi, Gədəbəy Rayon İcra Hakimiyyəti, Rayon Polis şöbəsi, Gədəbəy rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Gədəbəy RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov, Gədəbəy RTŞ-nin nümayəndəsi Şahzadə Qəhrəmanlı, Gənclər İnkişaf və Karyera mərkəzinin Gədəbəy rayonu üzrə direktoru Kəramət Əsədov, Gədəbəy RPŞ-nin əməkdaşı Məcnun Kamalov, ümumtəhsil məktəblərində Həyat bilgisi və tarix fənlərini tədris edən müəllimlər, məktəb psixoloqları iştirak ediblər.
Natiqlər milli-mənəvi dəyərlərin qorunmasında dövlət siyasətinin rolu və gənclərin üzərinə düşən vəzifələrdən danışaraq, bu dəyərlərin qorunmasının vacibliyi haqqında söhbət açıblar. Gənclərin diqqətinə çatdırılıb ki, Azərbaycanda gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi irəli sürülüb. Həmçinin zərərli vərdişlərə qarşı mübarizədə, cəmiyyətdə mənfi meyillərin aradan qaldırılmasında əxlaqi dəyərlərin, dünyəvi və dini savadlanmanın rolunun böyük olduğu diqqətə çatdırılıb.