Prezident İlham Əliyev: “Ermənilər həm də bizim dini abidələrimizi təhqir edib və dağıdıblar”

Xəbərlər / 09.03.2022 / 15:20

“İşğaldan azad edilmiş əraziləri ziyarət etdiyiniz üçün sizə minnətdaram. Bilirəm ki, Ağdamda olmusunuz və dağıntının miqyasını öz gözlərinizlə görmüsünüz. Sizi əmin edə bilərəm ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyət eynidir. Hər şey dağıdılıb, məhv edilib, vandalizm, barbarlıq nəticəsində Ağdam mövcud deyil. On minlərlə insanın məskəni olmuş şəhər indi dağıntılar içindədir. Bu, işğal illəri ərzində ermənilər, erməni cinayətkar rejimi tərəfindən törədilmişdir. Demək olar ki, otuz il ərzində Azərbaycan mədəniyyəti və tarixinin izini silmək üçün şəhərlərimiz, kəndlərimiz, tarixi və dini abidələrimiz qəsdən, planlaşdırılmış şəkildə dağıdılırdı”. Bu fikirləri Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edərkən bildirib.

Dövlət başçısı vurğulayıb ki, torpaqlarımızın azadlığı uğrunda müharibə onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalacaqdır: “Səbirli olmaq lazımdır. Eyni zamanda, ölkəyə sadiq olmaq və məqsədə nail olmaq üçün hər gün işləmək lazımdır. Bizim müharibəmiz azadlıq müharibəsi idi. Biz işğala son qoyduq. Biz torpağımızdakı şər qüvvələrə son qoyduq. Yəqin, sizin məlumatınız var ki, ermənilər həm də bizim dini abidələrimizi təhqir edib və dağıdıblar. 65 məscid tamamilə dağıdılmışdır və yerdə qalan iki məsciddə bütün dünya müsəlmanlarının hisslərini təhqir edərək onlar donuz və inək saxlayırdılar. Əfsuslar olsun ki, bütün bu işğal illəri ərzində beynəlxalq birlik buna susurdu. Bununla belə, sizin bildiyiniz kimi BMT-nin Təhlükəsizlik Şurası, Baş Assambleyası və digər mühüm beynəlxalq təşkilatlar tərəfindən bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul edilməsinə baxmayaraq, Ermənistana ciddi təzyiq göstərilmirdi”.

Dövlət başçısı bildirib ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməmişdi. Hətta bəzi ölkələr təcavüzkarı və təcavüzün qurbanını tərəzinin eyni gözünə qoymağa cəhd edirdilər. “Ermənilərin bu əraziləri uzun müddət ərzində öz nəzarəti altında saxlamalarının əsas səbəblərindən biri də bunlar idi. Biz şücaət, vətənpərvərlik və gücümüzü göstərməsəydik, bu işğal davam edəcəkdi. Çünki bizə belə gəlirdi ki, beynəlxalq təşkilatlar artıq özləri vəziyyətə uyğunlaşmışdı. Mənasız danışıqlarla qəribə turistlər qrupu kimi Minsk qrupu bizi ildə bir neçə dəfə ziyarət edirdi. İndi isə bu danışıqların yalnız arxasında Ermənistanın işğalın nəticələrini möhkəmləndirməyə çalışdığı sanki bir pərdə rolunu oynaması aydındır. Ermənilər bizim şəhər və kəndlərimizin adlarını dəyişirdi. Ermənilər dünyanın işğalı unutması üçün əlindən gələni edirdilər. Lakin Azərbaycan xalqı bunu unutmadı. Heç birimiz unutmadıq. Hamımız bir olaraq tarixi doğma vətənimizi azad etmək üçün canımızı qurban verməyə hazır idik və bu da baş verdi”,- deyə Azərbaycan Prezidenti əlavə edib.

 

(Prezident.az)

 

 

Son baxılan xəbərlər

Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti müzakirə olunub

Press-relizlər
14.08.2017 / 10:43
Ətraflı oxu

Masallıda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik konfrans keçirilib

Press-relizlər
03.05.2018 / 15:46
Ətraflı oxu

Nardaran qəsəbəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
18.10.2019 / 15:49
Ətraflı oxu

Milix Yevdayevin ABŞ-ın “Jewish Journal” qəzetində 20 Yanvar faciəsi haqqında məqaləsi dərc edilib

Xəbərlər
04.02.2019 / 12:17
Ətraflı oxu

Prezident İlham Əliyevin "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü ...

Xəbərlər
02.09.2014 / 14:44
Ətraflı oxu

“Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda tədbir keçirilib

Press-relizlər
06.11.2019 / 14:25
Ətraflı oxu