Siyəzəndə Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

Press-relizlər / 21.02.2022 / 15:38

Fevralın 21-də Siyəzən şəhəri 2 saylı tam orta məktəbində Xocalı faciəsininin 30-cu ildönümünə həsr olunmuş “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda anım tədbiri keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən rayon Təhsil Şöbəsinin müdiri Pərvin Ağasiyev, YAP rayon təşkilatının sədri Samir Baxşiyev, yerli dövlət qurumlarının nümayəndələri, Siyəzən rayonu Zarat kənd məscidinin imamı İmran Xudaverdili, din xadimləri, dindarlar, ziyalılar, gənclər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxış edən natiqlər bildiriblər ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Vurğulanıb ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Qeyd edilib ki, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

 


Son baxılan xəbərlər

İsmayıllıda “Dövlət və din: milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması” mövzusunda iki günlük konfrans ...

Xəbərlər
14.04.2014 / 10:40
Ətraflı oxu

Şəkidə “Dini radikalizmlə mübarizə və maarifləndirimə” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.06.2019 / 12:50
Ətraflı oxu

Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulan Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya ...

Xəbərlər
08.10.2018 / 15:27
Ətraflı oxu

Azərbaycandakı dini konfessiya rəhbərlərinin dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara MÜRACİƏTİ

Press-relizlər
28.03.2018 / 14:24
Ətraflı oxu

İsmayıllıda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans başlayıb

Press-relizlər
16.05.2023 / 16:40
Ətraflı oxu

“İntihar: mənəvi və ictimai müstəvidə” mövzusunda onlayn formatda seminar-treninq keçirilib

Xəbərlər
13.12.2021 / 15:30
Ətraflı oxu