Press-relizlər / 16.02.2022 / 16:39
Fevralın 16-da Masallı rayonu Ərkivan qəsəbəsi Zahid Nəcəfov adına 2 saylı tam orta məktəbində “Zərərli vərdişlərə qarşı mübariz olaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, Rayon Təhsil Şöbəsinin müdiri Taryel Əkbərov, Ərkivan qəsəbəsi Zahid Nəcəfov adına 2 saylı tam orta məktəbin direktoru Əbülfəz Əsədov, müəllim və şagirdlər iştirak ediblər.
Vurğulanıb ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün xususilə aktual xarakter daşıyır. Qeyd olunub ki, ali və orta məktəblərdə mütəmadi olaraq narkomanlığa, yeniyetmə və gənclər arasında müxtəlif zərərli vərdişlərin yayılmasının əleyhinə tədbirlər təşkil olunur. O da bildirilib ki, narkomaniya ilə mübarizə bütünlükdə dövlətin,cəmiyyətin və nəhayət, hər birimizin üzərinə düşən məsuliyyətdir.
Çıxışlardan sonra narkomaniya və onun zərərləri haqqında video-çarx nümayiş etdirilib. Tədbirin sonunda məktəbliləri mövzuya dair maraqlandıran suallar cavablandırılıb.