
Press-relizlər / 15.02.2022 / 15:25
Fevralın 15-də Şəmkir rayon Zəyəm Cırdaxan kənd S.Məmmədov adına tam orta məktəbində "Gənclərin radikal dünyagörüşündən qorunmasında təhsilin və milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə təşkilatçı qurumların nümayandələri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, Rayon Təhsil Şöbəsinin məsul əməkdaşı Amil Alıyev, Rayon Polis Şöbəsinin məsul əməkdaşı Amil Abbasov, eləcə də məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda dini radikalizmin yaranma səbəbləri və onun fəsadlarından bəhs edilib. Gənclərin və yeniyetmələrin ayıq-sayıqlığının artırılmasının və müəyyən bilgilərə yiyələnmələrinin, eyni zamanda onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyi diqqətə çatdırılıb. O da qeyd edilib ki, gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyəsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. 44 günlük Vətən müharibəsi zamanı gənclərimizin göstərdiyi vətənpərvərlik və qəhrəmanlıq bu siyasətin uğurla həyata keçirilməsinin bariz nümunəsidir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.