Prezident İlham Əliyev: "Azərbaycan həmişə çoxmillətli, çoxkonfessiyalı diyar olub və bu da bizim ənənəmizdir"

Xəbərlər / 04.02.2022 / 10:37

Prezident İlham Əliyev: "Dəmir yumruq", sadəcə, güc deyil, bu, birlikdir"

Azərbaycan həmişə çoxmillətli, çoxkonfessiyalı diyar olub və bu da bizim ənənəmizdir. Əsrlər boyu müxtəlif xalqlar burada yaşamış, yaratmış, qardaş olmuşdur, bu gün də belədir. Multikulturalizm termin kimi yenidir, amma anlayış kimi bu, həmişə olub və həmişə olmalıdır. Mənim də sizə sözüm odur ki, siz bu dəyəri daim qoruyun. Çünki bizim gücümüz də birliyimizdə və müxtəlifliyimizdədir. Bu fikirləri Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.

Dövlətimizin başçısı deyib: “Azərbaycan çoxkonfessiyalı, bir çox etnik qrupların birgə yaşadığı unikal bir məkandır. Bu, böyük sərvətimizdir. Mən bunu yenə də deyirəm, sadəcə, xoş söz demək naminə demirəm. Mən daxilən 100 faiz buna əminəm ki, ancaq birlikdə, bütün xalqların birgə yaşaması bizi uğura, qələbəyə gətirəcək və gətirib. İkinci Qarabağ müharibəsində bütün xalqların nümayəndələri bir əsgər kimi vuruşdular, qan tökdülər, şəhid oldular. Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda vuruşdular. Bu Qələbə və bu müharibə Azərbaycanda yaşayan bütün xalqları daha da birləşdirdi. “Dəmir yumruq”, sadəcə, güc deyil, bu, birlikdir”.

 

(AZƏRTAC)

Son baxılan xəbərlər

Quba rayonunda “Heydər Əliyev və hüquqi dövlət quruculuğu" mövzusunda tədbir keçirilib

Heydər Əliyev İli
20.11.2023 / 15:47
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşları qəbul edəcək

Xəbərlər
17.11.2023 / 14:31
Ətraflı oxu

Bölgələrdə müxtəlif mövzulara həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
07.09.2023 / 14:45
Ətraflı oxu

DQİDK və Abşeron RİH-nin birgə təşkilatçılığı ilə tədbir keçirilib

Press-relizlər
24.05.2023 / 11:38
Ətraflı oxu

Qubanın Güləzi kəndində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
16.01.2018 / 17:15
Ətraflı oxu

Bölgələrdə maarifləndirici tədbir keçirilib

Xəbərlər
13.05.2022 / 17:37
Ətraflı oxu