
Press-relizlər / 31.01.2022 / 10:40
Yanvarın 29-da Göyçay rayonunda dini durum müzakirə edilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Nicat İsmayılov, QMİ-nin səlahiyyətli nümayəndələri Rəsul Kazımov, Cavid Səfərov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Göyçayda dini durum sabitdir. Rayonda bütün məzhəblərin nümayəndələri sülh, qardaşlıq şəraitində yaşayırlar. Natiqlər dövlətin dinə və dindarlara qayğısından da danışıblar. Radikalizm və zərərli vərdişlərə qarşı həyata keçirilən tədbirlərin xüsusi önəm daşıdığını bildiriblər .
Qarşıda duran məsələlərin müzakirəsi ilə davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.