
Press-relizlər / 21.01.2022 / 16:37
Yanvarın 21- də Göyçay şəhər 7 saylı tam orta məktəbində “Narkomaniyaya yox, erkən nikah və dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Göyçay rayon Polis Şöbəsinin rəis müavini Rasim Mirzəyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Nicat İsmayılov, rayon Qeydiyyat Şöbəsinin rəisi Könül Məmmədova, Təhsil Şöbəsinin əməkdaşı Afət İbrahimova, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxışlar zamanı narkomaniya, dini radikalizm, erkən nikahın fəsadları barədə geniş məlumat verilib. Bu kimi problemlərin cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıtdığı qeyd edilib. Belə hallara qarşı mübarizədə hər kəsin üzərinə böyük vəzifə və məsuliyyətin düşdüyü də vurğulanıb.
Tədbirin sonunda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.