Dövlət Komitəsində Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yeni yepiskopu ilə görüş keçirilib

Xəbərlər / 17.01.2022 / 17:02

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov yanvarın 17-də Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinə yeni təyin olunmuş yepiskop Roef Bareyn Binhop ilə görüşüb. Görüşdə kilsənin keçmiş yepiskopu Markus Şox və Almaniyanın Yena şəhərindəki Yevangelik lüteran dini icmasının üzvü,  Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının pastoru Lemke Qothard Günter Valter də iştirak edib.

Azərbaycandakı dini tolerantlıq mühiti və dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətə diqqət çəkən Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov  ölkəmizdə milli, dini dözümlülüyün tarixi ənənələrimizə əsaslandığını və cəmiyyətimizin tələbi olduğunu bildirib. Vurğulayıb ki, ölkəmizi fərqləndirən cəhət tarixboyu bu coğrafiyada yaşayan bütün dinlərin və etnosların təmsilçilərinin bir-birilərinin mədəni və mənəvi baxışlarına hörmət göstərmələridir. Bütün tarixi dövrlər ərzində kəsilməyən dövlətçilik ənənəsi, dəyərlərin cəmiyyətdə yüksək mənəvi keyfiyyət kimi hakim mövqeyi, digər dinlərin daşıyıcılarına münasibətdə tolerantlıq və birgəyaşayış vərdişləri bizim həyat prinsiplərimizin əsasında dayanır.

Komitə rəsmisi qeyd edib ki, hazırda din pərdəsi altında gedən siyasi çəkişmələr, dini zəmində baş verən münaqişələr baxımından Azərbaycanda tolerantlığın milli-mənəvi dəyərlərimizin önəmli hissəsi kimi qorunub-saxlanılması xüsusilə diqqət mərkəzindədir.

Ölkəmizdə 37-i qeyri-islam olmaqla 971 dini icmanın dövlət qeydiyyatına alındığını bildirən sədr müavini dini qurumların dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyib.

Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox ölkəmizdə bütün dini konfessiya nümayəndələrinə eyni ehtiramın göstərilməsinin əyani şahidi olduğunu vurğulayıb. Markus Şox uğurlu multikulturalizm və tolerantlıq modeli, dinlərarası münasibətlər sərgiləyən Azərbaycanın bu sahədəki nailiyyətlərinin bütün dünyada maraq doğurduğunu deyib. O, eyni zamanda ölkəmizdəki lüteran icmasının fəaliyyətinə göstərilən dəstəyə görə məmnunluğunu ifadə edib.

Öz növbəsində Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yeni yepiskopu Roef Bareyn Binhop səmimi qəbula görə təşəkkürünü bildirərək respublikamızdakı müxtəlif dini icmalarla sıx əməkdaşlığın və dostluğun təqdirəlayiq olduğunu vurğulayıb.

Həmçinin görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Son baxılan xəbərlər

Bakıda "Uşaq və gənclərin mənəvi inkişafı: necə və nə etməli?” mövzusunda konfrans keçirilib

Xəbərlər
31.10.2018 / 17:16
Ətraflı oxu

Lerikdə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
16.05.2017 / 17:46
Ətraflı oxu

Prezident İlham Əliyev: "Gənc nəsil milli dəyərlər əsasında tərbiyə almalıdır"

Xəbərlər
11.04.2022 / 09:18
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
26.01.2023 / 16:50
Ətraflı oxu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vəhdət qanımızdadır” filminin ilk nümayişi olub

Press-relizlər
29.11.2018 / 16:33
Ətraflı oxu

Vətənpərvərlik hisslərini qorumaq hər bir vətəndaşın borcudur

Press-relizlər
07.05.2018 / 14:37
Ətraflı oxu