Dövlət Komitəsində Səyyad Salahlının 70 illik yubileyi ilə bağlı tədbir keçirilib

Xəbərlər / 14.01.2022 / 15:07

Yanvarın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK)  sədrin birinci müavini Səyyad Salahlının 70 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Tədbiri  giriş sözü ilə açan Komitə sədri Mübariz Qurbanlı Səyyad Salahlı  haqqında xoş arzularını bölüşməklə yanaşı, onun həyat yolundan, ictimai-siyasi fəaliyyətindən, yaradıcılığından bəhs edib. Bildirib ki, yubilyar ziyalı, dərin biliklərə malik, prinsipial, mövqeyində sabit və yüksək mədəniyyətə, insani keyfiyyətlərə malik bir şəxsdir. Ulu Öndərimiz Heydər Əliyevin dövlət quruculuğu siyasətində yaxından iştirak edib, eyni zamanda Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında, ideoloji fəaliyyətində fəal rol oynayıb. Onun Milli Məclisin üzvü və diplomat olarkən gördüyü işlərə də toxunan Komitə sədri qeyd edib ki, dövlət-din münasibətlərinin inkişafında, milli-mənəvi dəyərlərin təbliği istiqamətində də xidmətləri olan Səyyad Salahlının çoxşaxəli, uğurlu fəaliyyəti Prezidentimiz İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, bir sıra dövlət təltiflərinə layiq görülüb.

Komitə sədrinin müavinləri Səyavuş Heydərov, Gündüz İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, şöbə müdirləri Vüqar Səlimov, Elnarə Kərimova çıxışlarında yubilyarla bağlı fikirlərini bölüşərək, Səyyad Salahlının jurnalist, siyasi xadim kimi milli dövlətçilik maraqlarımızın möhkəmlənməsinə verdiyi töhfələrdən bəhs edib və ona uğurlar arzulayıblar.

Sonda çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı tədbirin təşkili və iştirakçıların xoş  sözlərinə görə təşəkkürünü bildirib.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri professor Əjdər Tağıoğlunun ...

Açıqlama
08.04.2020 / 14:12
Ətraflı oxu

Dövlət Komitəsi mübarək Ramazan ayı ilə bağlı tədbirlər planını açıqlamışdır

Xəbərlər
09.07.2013 / 14:32
Ətraflı oxu

Alban-udi xristian dini icması Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəklədiyi barədə bəyanat yayıb

Xəbərlər
06.11.2020 / 10:06
Ətraflı oxu

Sabirabadda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
07.09.2018 / 16:56
Ətraflı oxu

Qubanın Qonaqkənd qəsəbəsində “Vətəni sevmək imandandır” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.06.2018 / 10:14
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvası

Press-relizlər
14.09.2017 / 16:28
Ətraflı oxu