Balakəndə 2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib

Xəbərlər / 13.01.2022 / 16:55

Yanvarın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Balakən rayon qazılığının birgə təşkilatçılığı ilə Balakəndə 2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev və şöbənin əməkdaşları, QMİ-nin Balakən rayonu üzrə qazısı İbrahim İbrahimov, dini icma sədrləri, həmçinin din xadimləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Qazılıq tərəfindən ötən ildə görülən  işlərə dair ətraflı məlumat verilib, pandemiya dövründə  keçirilən dini mərasimlərin qanunvericiliyin tələblərinə uyğun olaraq baş tutduğu bildirilib. 2022-ci ildə dini radikalizm və xurafatla mübarizə aparılması, milli-mənəvi dəyərlərimizin fəal şəkildə təbliği, dini maarifləndirmə işinin düzgün təşkil edilməsi, habelə sosial şəbəkələrdən səmərəli istifadə ilə bağlı dini icma sədrləri və din xadimlərinə tövsiyələr verilib. Natiqlər xalqımızın çoxəsrlik milli-mənəvi və dini dəyərlərinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılmasında din xadimlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulayıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

“Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm” mövzusunda konfrans keçirilib

Press-relizlər
03.09.2018 / 14:51
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının tərkibi təsdiq edilib

Press-relizlər
27.12.2018 / 16:11
Ətraflı oxu

Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
23.05.2018 / 16:46
Ətraflı oxu

Prezident İlham Əliyev: "Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, ...

Xəbərlər
18.01.2022 / 17:09
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində onlayn iclas keçirilib

Xəbərlər
01.07.2021 / 17:44
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
22.10.2019 / 13:06
Ətraflı oxu