Xaçmazda “Dövlət və din” mövzusunda seminar keçirilib

Press-relizlər / 23.12.2021 / 15:32

Dekabrın 23-də Xaçmaz şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dövlət və din” mövzusunda seminar keçirilib.

Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan  seminarda Xaçmaz Rayon İcra Hakimiyyəti və yerli hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də şimal bölgəsinin din xadimləri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini çıxış edərək Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən, bu qələbənin qazanılmasında Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişlərindən, Azərbaycan Ordusunun şücaətindən, həmçinin xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəylikdən bəhs edib.

Səyavuş Heydərov, eyni zamanda mövzu üzrə çıxış edərək bildirib ki, ölkəmizdə mövcud olan dövlət-din münasibətləri bütün dünyaya nümunədir. Azərbaycanın çoxkonfessiyalı respublika olduğunu diqqətə çatdıran sədr müavini qeyd edib ki, ölkəmizdə məscidlərlə yanaşı, xristian, yəhudi məbədləri də var. Ölkəmizdə heç vaxt milli, dini və irqi ayrı-seçkilik olmayıb və müasir dövrdə də bu zəngin ənənə dövlət tərəfindən qorunub saxlanılaraq uğurla davam etdirilir. Bu gün bütün dinlərin nümayəndələri respublikamızda öz dini ayin və mərasimlərini sərbəst yerinə yetirirlər. DQİDK-nın sədr müavini onu da vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən uzaqgörənliklə həyata keçirilən, balanslı, qarşılıqlı maraqlara söykənərək reallaşdırılan, milli və dövlətçilik ənənələrimizin də qətiyyətlə müdafiə edildiyi siyasi kurs Azərbaycanı inkişaf etdirməklə yanaşı, həm də ölkəmizi sivilizasiyalararası mədəniyyətin və multimədəni harmoniyanın təminatçısı kimi tanıdıb.

Müzakirələrlə davam edən seminarın sonunda tədbir iştirakçıları DQİDK-nın sifarişi əsasında ərsəyə gələn “Dəmir Yumruq” sənədli filmini izləyiblər.

 


Son baxılan xəbərlər

“Könüllümüz ol” layihəsini uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib

Xəbərlər
01.07.2022 / 15:20
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İmişlidə vətəndaşları qəbul edəcək

Press-relizlər
23.11.2018 / 18:00
Ətraflı oxu

Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Polşanın həftəlik “Tygodnik Powszechny” qəzetinə müsahibə verib

Xəbərlər
24.01.2022 / 15:40
Ətraflı oxu

Xocalı soyqırımı: erməni terrorizmi İslam həmrəyliyi fonunda

İSLAM HƏMRƏYLİYİ İLİ
25.02.2017 / 11:48
Ətraflı oxu

Bölgələrdə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir

Press-relizlər
10.05.2022 / 11:53
Ətraflı oxu

Prezident İlham Əliyev: “Bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək”

Xəbərlər
19.10.2020 / 11:41
Ətraflı oxu