Press-relizlər / 17.12.2021 / 11:45
Dekabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Dəmir Yumruq” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Murov Həsənov, məktəblilər, gənc fəallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sənədli filmin təqdimatında çıxış edənlər natiqlər bu cür maarifləndirmə tədbirlərinin, eləcə də filmlərin çəkilməsinin vacibliyini qeyd ediblər. O da bildirilib ki, Azərbaycan xalqının milli birliyinin nəticəsində işğal olan torpaqlarımız azad edilib. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tarixi ədaləti bərpa edərək, dəmir yumruğun gücünü bütün dünyaya nümayiş etdirdi.