Ucarda "Dini radikalizm və zərərli vərdişlərdən uzaq gənclik" mövzusunda tədbir keçirilib

Press-relizlər / 16.12.2021 / 16:24

Dekabrın 15-də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ucar rayon Quləbənd kənd Cəsarət Zülfüqarov adına tam orta məktəbdə "Dini radikalizm və zərərli vərdişlərdən uzaq gənclik" mövzusunda tədbir keçirilib.

Pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşı Rauf Nəsirov, Quləbənd kənd məscidinin din xadimi Aydın Rəsulov, məktəbin direktoru Elşad Hacıyev və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı mövzunun önəmindən danışılıb. Zərərli vərdişlərin insanın fiziki sağlamlığına və psixologiyasına vurduğu ziyanlar, dini radikalizm  və onun  fəsadlrı haqqında ətraflı məlumat verilib. Eyni zamanda keçirilən bu cür maarifləndirmə tədbirlərinin böyük əhəmiyyət kəsb etdiyi bildirilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Kürdəmirdə “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə" mövzusu müzakirə olunub

Press-relizlər
12.05.2022 / 14:46
Ətraflı oxu

Oğuzda dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub

Press-relizlər
12.11.2019 / 15:52
Ətraflı oxu

Zaqatalada “İnsan Hüquqları Aylığı” çərçivəsində görüş keçirilib

Xəbərlər
07.06.2022 / 16:56
Ətraflı oxu

Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və Azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir

Press-relizlər
29.08.2018 / 11:24
Ətraflı oxu

Sabunçu rayonunda “Dini ekstremizm: onun səbəbləri və aradan qaldırılması üsulları” layihəsi çərçivəsində maarifləndirici tədbir ...

Press-relizlər
09.02.2017 / 16:59
Ətraflı oxu

Yevlaxda və Balakəndə "Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu" mövzusu müzakirə edilib

Press-relizlər
23.06.2022 / 16:02
Ətraflı oxu