Hacıqabulda “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusu müzakirə edilib

Xəbərlər / 15.12.2021 / 17:40

Dekabrın 15-də Hacıqabul rayonunda Dini Qurumlarla İş üzrə  Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi və Hacıqabul rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda videokonfrans keçirilib.

Konfransda Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Alpay Şərifli bildirib ki, milli-mənəvi və dini dəyərlərdən uzaq, müasir dünyagörüşünə malik olmayan gənc nəsil yad ideoloji təsirlərə məruz qalaraq cəmiyyət üçün böyük bəlaya çevrilə bilər. Odur ki, yeniyetmə və gənclər dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilməlidir. Qeyd edilib ki, gəncləri radikal dini düşüncələrdən və ekstremist meyillərdən qorumaq məqsədilə mütəmadi olaraq yerlərdə maarifləndirici tədbirlərin təşkil edilməsinin böyük əhəmiyyəti var. 

Sonda digər çıxışçılar mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

 


Son baxılan xəbərlər

Şabranda “Dünyəvi dövlətdə dini maarifləndirmə işinin təşkili” mövzusunda ikigünlük seminar-treninq keçirilib

Press-relizlər
22.09.2022 / 15:19
Ətraflı oxu

Mübariz Qurbanlı: "Dini radikal qrupların Azərbaycanda kök atması üçün mühit yoxdur"

Açıqlama
12.07.2016 / 14:20
Ətraflı oxu

Macarıstan Yəhudiləri Assosiasiyası Prezidentinin şəxsi nümayəndəsi Dövlət Komitəsinə təşəkkür məktubu ünvanlayıb

Press-relizlər
09.12.2019 / 11:49
Ətraflı oxu

Oğuz rayonunda“Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə olunub

Press-relizlər
11.10.2019 / 16:56
Ətraflı oxu

“İnsanların inanc azadlığına hörmət hüquqi mənəvi borcumuzdur” mövzusunda onlayn konfrans keçirilib

Xəbərlər
18.06.2021 / 15:29
Ətraflı oxu

Masallı rayonu ictimaiyyətinin nümayəndələri Nardaran qəsəbəsində baş vermiş hadisələrlə bağlı müraciət qəbul etdilər

Press-relizlər
01.12.2015 / 16:46
Ətraflı oxu