Taxtakörpü qəsəbəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 15.12.2021 / 11:11

Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Laçın Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda onlayn seminar keçirilib.

Tədbirdə Laçın RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Şahbazov, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev və 552 saylı Taxtakörpü tam orta məktəbinin müəllimləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində ölkəmizdə mühüm işlərin həyata keçirildiyi vurğulanıb. Milli-mənəvi, dini dəyərlərin qorunmasına xüsusi önəm verildiyi bildirilib.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşları qəbul edəcək

Press-relizlər
18.11.2022 / 11:46
Ətraflı oxu

Gündüz İsmayılov: Ramazan cəmiyyətdə vəhdət və qardaşlıq anlayışlarının təbliği üçün gözəl fürsətdir

Xəbərlər
15.04.2021 / 10:10
Ətraflı oxu

Ramazan ayı ilə əlaqədar dini icmalar hər hansı ciddi problem yaşamayıb

Açıqlama
18.07.2013 / 11:40
Ətraflı oxu

Aprel şəhidləri gənclər üçün qəhrəmanlıq nümunəsidir

Press-relizlər
03.04.2018 / 13:56
Ətraflı oxu

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
08.11.2019 / 15:27
Ətraflı oxu

Ağcabədidə “İslamda ailə dəyərləri” mövzusunda tədbir keçirilib

Press-relizlər
21.05.2016 / 09:14
Ətraflı oxu