Lerikdə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusu müzakirə olunub

Press-relizlər / 14.12.2021 / 17:22

Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lerik Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilib.

Lerik şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rafiq Əzizov, 1 saylı peşə təmayüllü liseyin direktoru Gültəkin Şıxaliyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı mövzunun əhəmiyyətinə diqqət çəkilib.

Gender əsaslı zorakılıq, məişət zorakılığı və erkən nikahların qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Natiqlər, çıxışlarında xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutan ailə dəyərlərinin qorunmasının vacibliyini qeyd ediblər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

 


Son baxılan xəbərlər

Multikulturalizmin Azərbaycan modeli

Xəbərlər
18.10.2023 / 10:36
Ətraflı oxu

“Milli dövlətçiliyin möhkəmlənməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda seminar keçirilib

Xəbərlər
15.12.2021 / 17:22
Ətraflı oxu

Elşad İskəndərov: "Bu ölkəmizdəki yüksək tolerant mühitin əyani göstəricisidir" (Foto)

Press-relizlər
26.04.2013 / 15:55
Ətraflı oxu

“Jewish Journal” qəzetində ABŞ-ın yəhudi icması ilə Azərbaycanın münasibətləri haqqında material dərc edilib

Arxiv
15.09.2015 / 09:25
Ətraflı oxu

Qəbələdə “Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda ikigünlük seminar keçirilib

Xəbərlər
16.09.2022 / 15:42
Ətraflı oxu

Zaqatalada “Multikulturalizm və onun Azərbaycan modeli” adlı konfrans keçirilib

Press-relizlər
23.05.2016 / 11:15
Ətraflı oxu