
Press-relizlər / 14.12.2021 / 14:59
Dekabrın 14-də Oğuzda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon İcra Hakimiyyəti (RİH), rayon Gənclər və İdman İdarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə Əsabəli Mehdi Kərimov adına Bayan kənd tam orta məktəbində “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda seminar keçirilib.
Seminarda DQİDK-nın Şəki bölgəsi üzrə şöbənin məsləhətçisi Samir Salehov, Oğuz rayon Gİİ-nin rəis müavini Şaiq Rüstəmov, Oğuz RİH-nin nümayəndəsi Nicat Kərimov, məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc şəkildə yanaşı yaşamasının unikal nümunəsidir. Bildirilib ki, ölkəmizdə heç zaman milli və dini zəmində qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli, mədəni və dini münasibətlər mövcud olub. Bu münasibətlər 44 günlük Vətən müharibəsi zamanı xalqımızın zəfər qazanmasında da böyük rol oynayıb.