
Press-relizlər / 08.12.2021 / 16:39
Bölgələrdə məişət zorakılığının qarşısının alınması və onunla mübarizə mövzusuna həsr edilmiş silsilə tədbirlər keçirilib.
Dekabrın 8-də Zaqatalada keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, YAP Zaqatala rayon təşkilatının nümayəndəsi Fərid Ramazanov, İqtisad Universitetinin Zaqatala filialının prorektoru Həqiqət Qədimova, rayon Qadın Resurs Mərkəzinin koordinatoru Tamella Mirzəyeva, rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi İlqar Qədimov, filialın müəllim və tələbələri, Oğuz rayonunda “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda baş tutan tədbirdə isə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Samir Salehov, Oğuz Gənclər və İdman İdarəsinin rəis müavini Şaiq Rüstəmov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi Nicat Kərimov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, məişət zorakılığı bir sosial bəla kimi hər bir cəmiyyətə öz mənfi təsirlərini göstərir. Vurğulanıb ki, məişət zorakılığı probleminin və onun doğurduğu nəticələrin aradan qaldırılmasının uzunmüddətli həllinə nail olmaq üçün məişət zorakılığının qarşısının alınması və bu sahədə preventiv tədbirlər görülməsi əsas prioritet istiqamətlərdəndir. O da qeyd olunub ki, zorakılığa yol verilməməsinin təşviqi əhalinin müxtəlif qrupları üçün nəzərdə tutulmuş məlumatlandırma və maarifləndirmə tədbirlərini əhatə edir.