
Press-relizlər / 08.12.2021 / 15:07
Dekabrın 8-də Beyləqan rayonunda “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə təşkilatçı qurumların nümayəndələri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Bəhrəm Ədalətoğlu, Elvin İbrahimov, rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Mehriban İsgəndərova, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Bildirilib ki, məişət zorakılığından zərər çəkmiş şəxslər müvəqqəti sığınacaqla təmin edilir, onlara dövlət hesabına hüquqi və tibbi yardım göstərilir. O da vurğulanıb ki, əhali arasında mütəmadi olaraq məişət zorakılığının qarşısının alınmasına yönəlmiş maarifləndirmə tədbirləri təşkil edilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırılıb.