Zərdabda “Məişət zorakılığı, erkən nikah, narkomaniya və dini radikalizm” mövzusunda tədbir keçirilib

Press-relizlər / 07.12.2021 / 11:05

Dekabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Zərdab Rayon İcra Hakimiyyəti (RİH) və rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə “Məişət zorakılığı, erkən nikah, narkomaniya və dini radikalizm” mövzusunda  tədbir keçirilib.

Nəsimi adına Yarməmmədbağı kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Zamil Əliyev, RPŞ-nin əməkdaşları Murad Asifoğlu, Şahid Lətifov, məktəbin direktoru Zülfiyyə Əliyeva, müəllimlər, valideynlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxışlar zamanı məişət zorakılığı, erkən nikah, narkomaniya, dini radikalizm və onların fəsadları haqqında ətraflı məlumat verilib. Bu kimi problemlərin cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıtdığı qeyd edilib. Vurğulanıb ki, belə hallara qarşı mübarizədə hər bir ölkə vətəndaşının üzərinə böyük vəzifə və məsuliyyət düşür.

Sonda mövzu ilə bağlı hazırlanmış videoçarxlar nümayiş etdirilib.         


Son baxılan xəbərlər

“Gəncliyimizi qoruyaq” devizi altında narkomaniya və zərərli vərdişlərlə mübarizə həftəsi davam edir

Press-relizlər
07.06.2016 / 09:40
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Beyləqanda "Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək" mövzusunda tədbir keçirilib

Press-relizlər
28.06.2019 / 15:48
Ətraflı oxu

DQİDK və Kəlbəcər RİH-in təşkialtçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir ...

Press-relizlər
12.06.2019 / 15:24
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.03.2019 / 09:25
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində seminar-treninqlər keçirilib

Xəbərlər
13.12.2019 / 14:23
Ətraflı oxu