Qubada “Gender əsaslı zorakılıqla mübarizə” mövzusu müzakirə olunub

Press-relizlər / 02.12.2021 / 15:39

Dekabrın 2-də Quba rayonunda “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə təşkilatçı qurumların nümayəndələri - Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, Quba Regional ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Həmid Məmmədov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor müavini Aysel Şeydayeva, müəllim və tələbələr iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, bütün dünyada qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır. Erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün müəyyən iş görülürsə də, problemlər qalmaqda davam edir. O da bildirilib ki, gender bərabərliyi özü-özlüyündə təkcə mədəni və mənəvi hadisə deyil, həm də yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün zəruri olan şərtlərdəndir.

Sonda iştirakçıların sualları cavablandırılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yevlaxda vətəndaşları qəbul edəcək

Arxiv
15.12.2017 / 18:00
Ətraflı oxu

Qaradağda “İslam dəyərləri” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
12.09.2018 / 11:08
Ətraflı oxu

Könüllülük: tarixçəsi və strategiyası

Xəbərlər
13.01.2020 / 15:32
Ətraflı oxu

DQİDK yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və onların qeydiyyatı başa çatıb

Xəbərlər
10.01.2018 / 10:45
Ətraflı oxu

Masallıda "Narkomaniya, erkən nikah və dini radikalizmlə mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib

Press-relizlər
11.12.2018 / 09:50
Ətraflı oxu

Mübariz Qurbanlı Komitənin Vətən müharibəsində iştirak edən əməkdaşları ilə görüşüb

Xəbərlər
15.01.2021 / 14:15
Ətraflı oxu