Dövlət Komitəsinin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlayıb

Könüllü fəaliyyət / 01.12.2021 / 15:53

Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) “Könüllü fəaliyyət” layihəsinin yeni könüllü qrupu ilə görüş keçirilib.

Görüşdə çıxış edən DQİDK-nın Aparat rəhbəri vəzifəsini icra edən Amil Cavadov dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti barədə danışıb. Bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub.

A.Cavadov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində də  “Könüllü fəaliyyət” layihəsinin növbəti mərhələsinə start verildiyini, layihənin əsas məqsədinin gənclərə yeni biliklər və təcrübə əldə etmək imkanı vermək olduğunu diqqətə çatdırıb.

Ardınca DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüsalə Hüseynova və layihənin koordinatoru, İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi Nərminə Məmmədova “Könüllü fəaliyyət” proqramı barədə gənclərə ətraflı məlumat veriblər.

Qeyd edək ki, 6 ay müddətində könüllü kimi fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən xüsusi sertifikatlar veriləcək ki, bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaq.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub

Xəbərlər
06.12.2018 / 08:57
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.08.2019 / 14:05
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Biz tariximizi öyrənərək, tarixdən ibrət dərsi götürməliyik"

Press-relizlər
01.06.2018 / 17:06
Ətraflı oxu

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

Cəlilabadda “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib

Press-relizlər
31.10.2018 / 16:26
Ətraflı oxu

Tariximizin ən şərəfli səhifəsinin müəllifi

Xəbərlər
24.12.2020 / 09:57
Ətraflı oxu