Zaqatalada “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?“ mövzusunda seminar-treninq keçirilib

Press-relizlər / 01.12.2021 / 15:43

Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti, rayon Təhsil şöbəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində Zaqatala şəhər Ş.Qurbanov adına 3 saylı tam orta məktəbdə “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?“ mövzusunda seminar-treninq keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, təşkilatçı qurumların məsul şəxsləri, müəllim və şagirdlər iştirak ediblər. Çıxışlar zamanı uşaqların qorunması, onların fiziki və mənəvi inkişafı istiqamətində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib.

Vurğulanıb ki, uşaqlara diqqət və qayğının daha da artırılması, onların mənəvi və fiziki inkişafı, uşaq problemlərinin ardıcıl həlli, uşaq hüquqlarının həyata keçirilməsi və onların daha effektiv müdafiəsinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O da bildirilib ki, uşaqların vətənə sadiq şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərən yad dini ideologiyalar və zərərli vərdişlərlərlə mübarizədə ilkin profilaktik və qabaqlayıcı tədbirlər görülməlidir.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarına maarifləndirici ədəbiyyat təqdim olunub.

 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədr müavini Hacıqabulda vətəndaşları qəbul edib

Xəbərlər
13.02.2020 / 17:49
Ətraflı oxu

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə ...

Xəbərlər
02.06.2021 / 17:53
Ətraflı oxu

Bölgələrdə maarifləndirici tədbirlər keçirilib

Press-relizlər
30.05.2019 / 15:00
Ətraflı oxu

“Dini radikalizmin mahiyyəti və onun yaranma səbəbləri” adlı tədbir keçirilib

Press-relizlər
22.02.2019 / 10:12
Ətraflı oxu

Zərdabda maarifləndirici tədbir keçirilib

Press-relizlər
02.12.2021 / 18:17
Ətraflı oxu

Qubada “Azərbaycan xalqının birgəyaşayış mədəniyyəti və multikulturalizm təcrübəsi” mövzusunda seminar keçirilib

Press-relizlər
19.06.2019 / 17:37
Ətraflı oxu