Ağdaşda fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icma üzvləri ilə görüş keçirilib

Xəbərlər / 30.11.2021 / 13:33

Noyabrın 29-da Ağdaş şəhərində fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icma üzvləri ilə görüş keçirilib.

Görüşlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov, Ağdaş RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, QMİ-nin bölgə qazısı Əli Məmmədov, Ağdaş rayonu üzrə məscidlərin imamları, imam müavinləri, mütəvəlliləri,  “Azərbaycan Bibliya Cəmiyyəti”, “Həyat sözü” Xristian dini icmalarının sözügedən rayonda yaşayan üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən sədr müavini Səyavuş Heydərov çağdaş mütərəqqi dünyanın önəm verdiyi etnik tolerantlıq və dini dözümlülüyün bizim ölkəmizdə nümunəvi formada olmasından, milli və dini dəyərlərə dövlət tərəfindən göstərilən qayğıdan bəhs edib. Qeyd edib ki, Azərbaycanda dinlər və məzhəblərarası qarşıdurmalar baş verməyib, dini, milli, irqi və məzhəb ayrı-seçkiliyinə yol verilmir, eləcə də hər kəsin vicdan azadlığına təminat verilir.

Dövlətimizin dini radikalizmin yayılmasının qarşısının alınması, vətəndaşlarımızın yad dini ideologiyaların təsirindən qorunması, ölkədəki dini durumun sabit saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərin önəminə diqqət çəkən sədr müavini 44 günlük Vətən müharibəsində xalqımızın göstərdiyi milli-dini həmrəylikdən bəhs edib.  S. Heydərov Azərbaycanda dini durum, ona təsir edən amillər və neqativ meyillərin qarşısının alınmasında din xadimlərinin rolu barədə ətraflı məlumat verib, radikalizmin yayılmasının və onun qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Cəmiyyətdə dini biliklərin yetərsizliyinin insanpərvərlik prinsipləri ilə ziddiyyət təşkil edən zərərli fikirlərin, məzhəbçilik və təriqətçilik kimi mənfi təzahürlərin yayılmasına səbəb olduğunu nəzərə çatdıran Səyavuş Heydərov, bu kimi tendensiyalarla mübarizədə ən səmərəli metodlardan olan maarifləndirmənin önəmini qeyd edib.

Tədbirin sonunda Ağdaş rayonu üzrə dini mühitdə bəzi məqamların həlli istiqamətində fikir mübadiləsi aparılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Hacıqabulda vətəndaşları qəbul edəcək

Press-relizlər
22.02.2019 / 12:38
Ətraflı oxu

Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması təkcə İslam aləmi üçün deyil, bütövlükdə bəşəriyyət üçün ...

Müsahibələr
25.12.2017 / 17:58
Ətraflı oxu

Xırdalanda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir baş tutub

Xəbərlər
25.10.2018 / 16:23
Ətraflı oxu

Zaqatalada “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?“ mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
01.12.2021 / 15:43
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavini Hacıqabulda vətəndaşları qəbul edib

Xəbərlər
13.02.2020 / 17:49
Ətraflı oxu

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə ...

Xəbərlər
02.06.2021 / 17:53
Ətraflı oxu