Press-relizlər / 30.11.2021 / 11:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Lənkəranda keçirilən “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusundakı ikigünlük seminar çərçivəsində noyabrın 29-u və 30-da sərgi təşkil edilib. Sərgidə DQİDK tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən çap edilmiş 50 adda 1000-dən artıq kitab nümayiş olunub.
Qeyd olunan kitablar xalqımızın tolerant və multikultural ideyalarının, milli-mənəvi dəyərlərimizin, ənənəvi dini dəyərlərinin təbliği, dövlət-din münasibətlərinin fəlsəfi-siyasi, hüquqi əsasları və sosial-analitik təhlili, həmçinin dini radikalizmə qarşı mübarizə məqsədilə çap edilib.
Qeyd edək ki, bu nəşrlər ictimaiyyətə pulsuz paylanılır.