
Press-relizlər / 26.11.2021 / 18:17
Noyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda onlayn seminar keçirilib.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov, Ağdam Heydər Əliyev Mərkəzinin direktor müavini Elçin Cəfərov, rayonun mədəniyyət evlərinin məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə mövzunun əhəmiyyətindən danışılıb. Bildirilib ki, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin qorunmasında, dini radikalizmə qarşı mübarizədə müvafiq qurumlarla yanaşı, vətəndaşlar, xüsusilə də gənclər fəal iştirak etməlidirlər. Qeyd edilib ki, Azərbaycanda dini radikalizm və ekstremizmlə mübarizə istiqamətində genişmiqyaslı və çoxşaxəli fəaliyyət həyata keçirilməkdədir.