Saatlıda “Gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi” mövzusunda tədbir keçirilib

Press-relizlər / 26.11.2021 / 17:52

Noyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, rayon Gənclər və İnkişaf Karyera Mərkəzi və “Saatlı Gənclər Evi” sosial xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə M.Mehbalıyev adına Nərimanov kənd tam orta məktəbində “Gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, təşkilatçı qurumların nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda erkən nikahın yaratdığı fəsadlardan danışılıb. Uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınmasının hər zaman dövlətimiz üçün prioritet məsələ olması qeyd edilib. Eyni zamanda vurğulanıb ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir.

 


Son baxılan xəbərlər

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
07.06.2018 / 16:39
Ətraflı oxu

Alban-udi xristian dini icması Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəklədiyi barədə bəyanat yayıb

Xəbərlər
06.11.2020 / 10:06
Ətraflı oxu

Gəncədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
04.10.2022 / 17:10
Ətraflı oxu

Prezident İlham Əliyev: “İslam aləmində həmrəyliyin möhkəmləndirilməsi işindəki fəaliyyətimiz müsəlman dünyasında yüksək qiymətləndirilir”

Xəbərlər
10.10.2018 / 15:31
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
18.09.2018 / 10:18
Ətraflı oxu

Şəkidə Şəhidlər xiyabanı ziyarət olunub

Press-relizlər
26.02.2021 / 12:19
Ətraflı oxu