Sumqayıtda “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib

Xəbərlər / 26.11.2021 / 11:10

Noyabrın 25-də Sumqayıtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan DQİDK sədrinin müavini Sahib Nağıyev ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı hörmət və anlaşma mühitinə diqqət çəkərək, Azərbaycanda belə nümunəvi atmosferin yaranmasında Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi din siyasətinin müstəsna rolu olduğunu deyib. Məhz bu siyasətin həyata keçirilməsinin nəticəsidir ki, bu gün ölkədə ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mövcuddur.

Sahib Nağıyev dünyanın bir çox ölkələrində dini, siyasi qarşıdurmaların və iğtişaşların olduğu bir zamanda Prezident İlham Əliyevin tolerant, multikultural və həmrəylik dəyərlərinin təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə tolerantlığın yüksək səviyyədə olmasını, dindarların öz dini etiqadlarını azad şəkildə gerçəkləşdirməsini, dini qurumların fəaliyyətində problemlərin olmamasını, din xadimlərinə diqqət və qayğının göstərilməsini Azərbaycanın artıq dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilməsinin göstəricisi kimi səciyyələndirib.

Sədr müavini təəssüflə qeyd edib ki, bəzən dindən siyasi məqsədlər üçün istifadə olunur, insanları xurafata, dini fanatizmə sürükləməyə cəhd göstərilir, din pərdəsi altında radikal və ekstremist meyillər mənəvi cəhətdən sağlam həyat tərzini korlamağa, vətəndaş həmrəyliyini pozmağa, xalqın tarixi ənənələrinə, milli düşüncə sisteminə zərbə vurmağa hədəflənir. Bu baxımdan dini radikalizm və ekstremizm bu gün də vətəndaş cəmiyyəti, hüquqi, demokratik dövlət üçün təhlükə mənbəyi hesab edilir.

Sədr müavini ölkəmizin müxtəlif regionlarında konfransların keçirilməsinin əsas məqsədinin də cəmiyyətin, xüsusilə də gənc nəslin radikalizm və ekstremizm təhlükəsindən uzaq, ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin əsas prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin etmək olduğunu bildirib.

Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə çıxışında dini radikalizm və ekstremizm meyillərinin yaranması, yayılması və bu istiqamətdə xarici amillərin təsiri ilə bağlı məsələlərə toxunub. Bildirib ki, Azərbaycanın 30 illik müstəqillik dövründəki geniş inkişaf tarixində  sözügedən istiqamətdə kifayət qədər təcrübələr toplanılıb. Ötən əsrin 90-cı illərində humanitar təşkilat adı altında Azərbaycana çoxsaylı missioner qrupların gəldiyini və cəmiyyətdəki sosial, iqtisadi və mənəvi sarsıntıların olduğu bir dövrdə özləri üçün sosial baza yaratmağa çalışdıqlarını, xüsusilə əsas hədəf kimi gəncləri seçdiklərini diqqətə çatdıran şöbə müdiri bu meyillərin qarşısının alınması istiqamətində dövlətin atdığı addımlara toxunub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərman Kazımov  və Sumqayıt Dövlət Universitetinin prorektoru Əsəd Məmmədov mövzunun aktuallığına toxunaraq bu qəbildə keçirilən görüşlərin gənclərin yad dini təsirlərdən qorunması istiqamətində mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Qeyd edək ki, seminar işini bugün də davam etdirəcək.


Son baxılan xəbərlər

Dövlət Komitəsi sədrinin birinci müavini Neftçalada vətəndaşları qəbul edib

Press-relizlər
23.01.2020 / 15:24
Ətraflı oxu

Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”

Press-relizlər
25.02.2020 / 15:00
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

Press-relizlər
13.11.2019 / 18:01
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı keçirilib

Könüllü fəaliyyət
24.05.2019 / 17:07
Ətraflı oxu

BDU-da “Prezident İlham Əliyevin siyasəti, güclü Azərbaycan, dayanıqlı sabitlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
11.03.2019 / 17:32
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində məhkumların dini etiqad azadlığı tam təmin edilir

Press-relizlər
26.07.2017 / 17:07
Ətraflı oxu