
Xəbərlər / 25.11.2021 / 16:27
Noyabrın 25-də Hacıqabul rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Uşaqların vətənpərvərlik və milli – mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda videokonfrans keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşları Alpay Şərifli və Sadiq Məmmədov, rayon Təhsil Şöbəsinin müdiri Bəxtiyar Ələkbərov və ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin Vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır.Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Vətən Müharibəsində gənclərimizin göstərdiyi igidliklər yeniyetmə nəslimizin tərbiyəsində böyük rol oynayır. Tədbirdə eyni zamanda, uşaqların və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda kiçik yaşlardan etibarən Vətənə sevgi hissinin aşılanmasının vacibliyindən bəhs edilib.