Balakəndə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusu müzakirə edilib

Press-relizlər / 25.11.2021 / 13:00

Noyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və rayon Təhsil Şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə 1 nömrəli peşə məktəbində “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İdarəsinin əməkdaşı Amil Yusifli, Balakən RTŞ-nin aparıcı məsləhətçisi Sevinc İbadova, YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri, rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, 1 nömrəli peşə məktəbinin direktoru Rəhim Tağıyev, müəllim və tələbələr iştirak ediblər.

Çıxışlar zamanı gənclər arasında gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda gender əsaslı zorakılığın başvermə səbəbləri və qarşısını almaq yolları barədə  danışılıb.

Tədbirin yekununda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 


Son baxılan xəbərlər

Tovuzda “İşıqlı gələcək naminə narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.01.2020 / 11:43
Ətraflı oxu

Saatlıda “Gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi” mövzusunda tədbir keçirilib

Press-relizlər
26.11.2021 / 17:52
Ətraflı oxu

“Gənclərin zərərli vərdişlərdən çəkindirilməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
11.05.2017 / 15:53
Ətraflı oxu

“Narkomaniya – ümumbəşəri bəla” adlı onlayn tədbir keçirilib

Xəbərlər
30.06.2021 / 16:06
Ətraflı oxu

İlham Əliyevin mükəmməl “multikulturalizm və tolerantlıq modeli”

Xəbərlər
01.11.2018 / 10:05
Ətraflı oxu

Ağdaşda fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icma üzvləri ilə görüş keçirilib

Xəbərlər
30.11.2021 / 13:33
Ətraflı oxu