Sabirabadda “Gənclər arasında erkən nikah hallarına qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər / 25.11.2021 / 12:48

Noyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, rayon Gənclər və İdman İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyindəki rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclər arasında erkən nikah hallarına qarşı mübarizə” mövzusunda onlayn formatda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Sabirabad Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, rayonun idarə və təşkilatlarının məsul şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda erkən nikahın yaratdığı fəsadlardan danışılıb. Uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimiz üçün prioritet məsələ olduğu qeyd edilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

 

 


Son baxılan xəbərlər

Mübariz Qurbanlı:“Multikulturalizmin alternativi müharibədir, fəlakətdir, qarşıdurmadır”

Açıqlama
10.04.2018 / 17:09
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycan tolerantlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi”

İSLAM HƏMRƏYLİYİ İLİ
28.12.2017 / 11:12
Ətraflı oxu

Daha 3 dini təhsil müəssisəsinə şəhadətnamə təqdim edilib

Press-relizlər
16.03.2017 / 15:59
Ətraflı oxu

Zəfərə gedən yol: milli birlik və dini həmrəylik

Xəbərlər
17.11.2020 / 10:13
Ətraflı oxu

Göyçayda “Ulu Öndər Heydər Əliyevin anım günü” münasibətilə tədbir keçirilib

Press-relizlər
11.12.2018 / 09:32
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu