Kürdəmirdə “Dini radikalizm, erkən nikah və zərərli vərdişlərlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Xəbərlər / 24.11.2021 / 17:35

Noyabrın 24-də Kürdəmir rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon Polis Şöbəsi (RPŞ) və Dövlət Təhlükəsizlik Xidmətinin Kürdəmir rayon şöbəsinin (DTX)  birgə təşkilatçılığı ilə “Dini radikalizm, erkən nikah və zərərli vərdişlərlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

M.Ə.Rəsulzadə adına Kürdəmir şəhər 2 saylı tam orta məktəb-liseydə pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, RİH başçısı Aparatının Hüquq şöbəsinin əməkdaşı Səbuhi Qasımov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir RPŞ-nin əməkdaşları Vüsal Kərimov və Anar Xəlilov, Dövlət Təhlükəsizlik Xidmətinin Kürdəmir rayon şöbəsinin əməkdaşı Həsən Həsənzadə, Qafqaz Müsəlmanları İdarəsinin rayon üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov, məktəbin direktoru Elnur Məmmədli, müəllim və şagirdlər  iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, zərərli vərdişlər ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu vərdişlərdən qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. Gənc nəslin sağlam tərbiyəsində önəmli rol oynayan narkomaniya ilə mübarizə işlərinin  mütəmadi aparılacağı, bu işlərdə milli-mənəvi və dini dəyərlərimizdən daha səmərəli istifadə ediləcəyi diqqətə çatdırılıb. Eyni zamanda dini radikalizmin yaranma səbəblərindən, onun yaratdığı fəsadlardan, ölkəmizdə dini radikalizmə qarşı aparılan mübarizədən geniş bəhs olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Göyçayda Xocalı faciəsinin qurbanları anılıb

Press-relizlər
24.02.2018 / 09:29
Ətraflı oxu

Göyçayda gənclərlə maarifləndirici görüş keçirilib

Press-relizlər
28.02.2019 / 15:20
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir”

Xəbərlər
14.03.2019 / 16:40
Ətraflı oxu

Bərdədə qanunsuz dini mərasim keçirənlər saxlanılıb

Açıqlama
17.01.2017 / 18:06
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlərə sadiq Azərbaycan gəncliyi” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
27.03.2018 / 17:39
Ətraflı oxu

Yevlaxda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
23.10.2018 / 16:49
Ətraflı oxu