
Press-relizlər / 22.11.2021 / 16:38
Noyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Zərdab rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzi və şəhər 4 saylı ümumi orta məktəbin birgə təşkilatçılığı ilə “Məişət zorakılğı, erkən nikah, narkomaniya və onların fəsadları” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ləman Səfərəliyeva, 4 saylı ümumi orta məktəbin direktoru Təhminə Səfərəliyeva, müəllimlər, valideynlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Bildirilib ki, bəşəriyyət üçün ən böyük problemlərdən olan məişət zorakılığı, erkən nikah və narkomaniyanın təhlükəli fəsadlarına qarşı mübarizə bu gün xüsusilə önəm daşıyır.
Tədbirin sonunda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.