Bakıda "Milli dövlətçiliyimizin möhkəmləndirilməsində milli-mənəvi dəyərlərin rolu" mövzusunda tədbir keçirilib

Press-relizlər / 22.11.2021 / 11:00

Dövlət Sərhəd Xidməti (DSX) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə tədbirlər planına uyğun olaraq noyabr ayının 19-da DSX-nın Sərhəd Nəzarətində “Milli dövlətçiliyimizin möhkəmləndirilməsində milli-mənəvi dəyərlərin rolu” mövzu­sunda seminar keçirilib.

Seminarda iştirak edən hərbi qulluqçular və dəvət olunmuş qonaqlar öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olmuş və Dahi Öndərin əziz xatirəsini yad edərək büstü önünə gül dəstəsi düzüblər.

Dövlət himninin səsləndirilməsindən sonra Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək ölkəmizdə vətənpərvər və sağlam düşüncəli gənclərin yetişdirilməsi, onların Vətəninə məhəbbət, xalqının tarixinə, mədəniy­yətinə və milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyələndirilməsi, eləcə də dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv tədbirlər çərçivə­sində bu fəaliyyətlərin əhəmiyyətini vurğulayıb. Natiq DQİDK-nın mütəmadi olaraq müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq etdiyini, o cümlədən Silahlı Qüvvələrin birləşmə­lərində maarifləndirici tədbirlərin keçirildiyini bildirib.

Tədbirdə çıxış edənlər Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, milli və sərhəd təhlükəsizliyimiz üçün 30 ilə yaxın müddətdə əsas təhdid olmuş ölkəmizin 20 faiz ərazisinin işğalına son qoyulduğunu qeyd ediblər. Azərbay­can Respublikası­nın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatmış Vətən müharibəsində Azərbaycan sərhədçilərinin döyüş rəşadətini vurğulayıblar.

Seminarda dini radikallıq meyilləri, ölkəmizin tolerantlıq siyasətinə təhlükə yarada bilən təmayüllərlə mübarizədə hər bir vətəndaşın həssaslıq göstərməsinin vacibliyi qeyd olunub.

Tədbirin sonunda Vətən müharibəsinə həsr edilmiş, DQİDK-nın sifarişi ilə çəkilən “Dəmir yumruq” sənədli filmi nümayiş etdirilib.

 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlayıb

Könüllü fəaliyyət
01.12.2021 / 15:53
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının Qarabağ barədə romanı Türkiyədə çapdan çıxıb

Xəbərlər
03.02.2021 / 16:11
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
04.02.2020 / 14:36
Ətraflı oxu

Prezident İlham Əliyev: "İşğal dövründə Ermənistan bütün mədəni və dini abidələri qəsdən dağıdıb"

Xəbərlər
13.07.2021 / 17:31
Ətraflı oxu

Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir

Açıqlama
03.04.2020 / 11:05
Ətraflı oxu

Bərdədə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
30.11.2018 / 15:27
Ətraflı oxu