Mingəçevirdə “Uşaq hüquqlarının qorunmasında hüquqi və mənəvi öhdəliklər” mövzusunda tədbir keçirilib

Xəbərlər / 19.11.2021 / 17:03

Noyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarının qorunmasında hüquqi və mənəvi öhdəliklər” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin böyük məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Tərlan Əliyeva, Mingəçevir Şəhər Təhsil Şöbəsinin əməkdaşı Raifə Əliyeva, eləcə də şəhər məktəblərinin şagird və müəllim kollektivi, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Ülviyyə Kərimova uşaq hüquqlarının müdafiəsinin və uşaqların milli-mənəvi ruhda tərbiyə edilməsinin əhəmiyyətindən danışıb.

“Uşaq hüquqlarının qorunmasında hüquqi və mənəvi öhdəliklərimiz” mövzusunda çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov dövlətin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlardan, uşaqların sağlam şəkildə yetişdirilməsi üçün yaradılan şəraitdən söhbət açaraq bildirilib ki, bu sahədə dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilir. O, həmçinin uşaq hüquqlarının müdafiəsinə dövlət tərəfindən verilən təminat və bununla bağlı qəbul edilmiş bir sıra mühüm qanunlar, dövlət proqramları, həmçinin uşaqların zərərli vərdişlərdən, eləcə də dini radikalizm meyillərindən qorunması yolları barədə ətraflı danışıb.  

Daha sonra Mingəçevir ŞİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin böyük məsləhətçisi Tərlan Əliyeva “Ailədə uşaq hüquqları” mövzusunda ətraflı çıxış edib.

Tədbirdə, həmçinin 18 noyabrda Bakı şəhərində keçirilmiş Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarına Prezident İlham Əliyevin təbrik məktubu oxunub.

Tədbirin sonunda “Uşaq hüquqları aylığı” çərçivəsində 15 noyabrda elan olunmuş rəsm müsabiqəsinin qalibləri təltif olunublar,  şagirdlərin “Uşaq hüquqları aylığı”na həsr etdikləri rəsmlər nümayiş etdirilib.


Son baxılan xəbərlər

Nərimanov rayonunda yerləşən 258 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir baş tutub

Press-relizlər
30.03.2017 / 15:46
Ətraflı oxu

Ağdam rayonunun İmamqulubəyli qəsəbə tam orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
15.05.2018 / 17:38
Ətraflı oxu

Göyçayda “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda ikigünlük regional seminar-treninq keçirilib

Press-relizlər
26.05.2023 / 15:24
Ətraflı oxu

Salyanda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
19.04.2018 / 16:24
Ətraflı oxu

Gündüz İsmayılov: "Əhalinin dini baxımdan maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir"

Xəbərlər
17.05.2023 / 16:34
Ətraflı oxu

Dövlət qeydiyyatına alınmış dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər
22.12.2017 / 15:13
Ətraflı oxu