Masallıda “Dini radikalizm, narkomaniya və erkən nikah dövrümüzün bəlasıdır” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər / 19.11.2021 / 11:03

Noyabrın 18-də  Masallı rayonu Nicat Həsənov adına Gəyəçöl kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə “Dini radikalizm, narkomaniya və erkən nikah dövrümüzün bəlasıdır” mövzusunda seminar-treninq keçirilib.

Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, Masallı Rayon Polis Şöbəsinin rəis müavini Elşən Talıbov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, məktəbin direktoru Əsmər Əzimzadə, valideyn, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda bildirilib ki, dini radikalizm və ekstremizm bu gün də  vətəndaş cəmiyyəti, hüquqi, demokratik dövlət üçün təhlükə mənbəyi hesab edilir. Qeyd edilib ki, bununla bağlı gənclər arasında maarifləndirmə işlərinin gücləndirilməsi vacib məsələdir. Tədbirdə eyni zamanda, radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə ictimaiyyətin rolunun əhəmiyyətindən, dini radikalizm, narkomaniya və erkən nikahın fəsadlarından söhbət açılıb, gənclərimizin həm milli-mənəvi, həm də dini dəyərləri əldə rəhbər tutaraq tərbiyə olunmasının vacibliyi vurğulanıb.

Tədbirin sonunda mövzu ilə bağlı video-çarx nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

İmişlidə “Vətənpərvərlik Vətənə xidmətin ən ali zirvəsidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
25.05.2018 / 17:39
Ətraflı oxu

Sumqayıtda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.12.2018 / 17:39
Ətraflı oxu

4 və 10 saylı cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilib

Press-relizlər
14.09.2017 / 16:23
Ətraflı oxu

Ağdaşda “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.12.2021 / 13:49
Ətraflı oxu

Bərdə rayonunda “Dini radikalizmi yaradan səbəblər” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
21.12.2015 / 16:41
Ətraflı oxu

Zaqatalada “Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərdən qaynaqlanan vətən sevgisi” adlı tədbir təşkil olunub

Press-relizlər
10.10.2017 / 16:05
Ətraflı oxu