
Press-relizlər / 18.11.2021 / 16:06
Noyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Təhsil Şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə Alpan kənd tam orta məktəbində “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” adlı seminar təşkil olunub.
Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, Quba RTŞ-nin metod kabinetinin müdiri Namik Hümmətov, məktəbin direktoru Mehparə Rüstəmova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxış edən natiqlər mövzunun əhəmiyyətindən danışıblar. Bildiriblər ki, uşaqların mənəvi inkişafının əsasında onlara mill-mənəvi dəyərlərimizin öyrədilməsi və aşılanması dayanır. Bu istiqamətdə müvafiq qurumların, o cümlədən təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyü də qeyd olunub.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.