Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Tolerantlığın Zəfəri” adlı tədbir keçirilib

Press-relizlər / 17.11.2021 / 15:17

Noyabrın 16-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və “Vineyard Azərbaycan” xristian dini icması 16 noyabr – “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Tolerantlığın Zəfəri” adlı tədbir təşkil edib. Tədbirdə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi, ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmalarının rəhbərləri və üzvləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib. Proqramın rəsmi hissəsində dəvət edilmiş qonaqlar çıxış edib, həmçinin, ölkəmizdəki tolerantlıq nümunələri ilə bağlı hazırlanmış sosial çarxlar və filmlərin nümayiş eydirilib. 
Rəsmi hissədən sonra təşkil edilən konsert proqramında isə tanınmış musiqiçilərin ifasında vətənpərvərliklə bağlı musiqilər səsləndirilib, müxtəlif dini kompozisiyalar və milli rəqslər ifa edilib. Tədbir tolerantlıq nümunəsi kimi ölkəmizdəki dini konfessiyaların rəhbərlərinin Azərbaycan üçün birgə duaları ilə başa çatıb.


Son baxılan xəbərlər

“Azərbaycanda multikulturalizm dəyərləri” mövzusunda seminar keçirilib

Press-relizlər
22.11.2016 / 15:30
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ramazan ayı ilə bağlı müşavirə keçirilib

Press-relizlər
17.06.2015 / 16:35
Ətraflı oxu

Ağdamda “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusu müzakirə edilib

Press-relizlər
26.11.2021 / 18:17
Ətraflı oxu

Şabran şəhərində “Uşaq hüquqları aylığı”na həsr olunmuş tədbir keçirilib

Xəbərlər
25.10.2018 / 10:28
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
06.07.2021 / 13:01
Ətraflı oxu

DQİDK yanında İctimai Şuranın üzvləri Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasında olublar

Press-relizlər
07.05.2021 / 15:42
Ətraflı oxu