
Press-relizlər / 17.11.2021 / 12:48
Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay rayon Bayraq Muzeyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq günü münasibətilə tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Nicat İsmayılov, muzeyin direktoru Aqil İbrahimov, QMİ-nin səlahiyyətli nümayəndəsi Rəsul Kazımov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Aqil Kəngərli, din xadimləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Vurğulanıb ki, dövlət başçısı İlham Əliyevin müxtəlif dini konfessiyaların nümayəndələri ilə keçirdiyi görüşlər bunun əyani sübutudur. Bildirilib ki, Prezidentin Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunun göstərir.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Vəhdət qanımızdadır" filmi nümayiş olunub.