Masallıda “Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu” mövzusu müzakirə olunub

Xəbərlər / 12.11.2021 / 14:35

Noyabrın 12-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə “Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu” mövzusunda seminar-treninq keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev, rayon Təhsil Şöbəsinin metodisti Hörmət Balakişiyev, məktəbin direktoru Hamlet Quliyev, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda tədbirin əhəmiyyətindən danışılıb. Bildirilib ki, gənclərin radikal dini qrupların təsirinə düşməməsi üçün onlara düzgün dini biliklər verilməlidir. Həmçinin dini radikalizmin nə narkomaniyanın yaratdığı fəsadlardan da geniş bəhs olunub.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun ərazisində inşa olunan məscid kompleksində aparılan tikinti işlərinin ...

Xəbərlər
15.01.2013 / 14:37
Ətraflı oxu

Bakıda “Mənəvi dəyərlərin təbliği mərkəzi: Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.08.2018 / 14:26
Ətraflı oxu

Zaqatalada din xadimlərinin iştirakı ilə onlayn tədbir keçirilib

Xəbərlər
26.08.2020 / 10:54
Ətraflı oxu

“Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu başa çatıb

Xəbərlər
22.12.2012 / 14:24
Ətraflı oxu

Prezident İlham Əliyev: "Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir"

Xəbərlər
21.09.2020 / 10:19
Ətraflı oxu

Dinlərarası harmoniyanın Azərbaycan modeli

Xəbərlər
17.05.2019 / 10:26
Ətraflı oxu