
Xəbərlər / 05.11.2021 / 15:56
Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi və Şəhid Həsrət Hüseynov adına Çay fabriki qəsəbə tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, məktəbin direktoru Hüseynxan Bağırov və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı məktəblilərin milli-mənəvi dəyərlərimiz əsasında və vətənpərvərlik ruhunda tərbiyə edilməsinin zəruriliyi qeyd edilib. Dini radikalizm və onun fəsadları barədə məlumat verilərək şagirdlərin radikal dini təsirlərdən qorunmasının vacibliyi ilə bağlı fikirlər diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.