
Press-relizlər / 01.11.2021 / 17:14
Oktyabrın 29-da Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Zəfərə gedən yol : milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib.
Tədbirdə Gədəbəy RİH başçısı Aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, xalqımız Vətən müharibəsində güclü birlik və həmrəylik nümayiş etdirərək Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi. Qeyd olunub ki, Vətəninə, dövlətinə, milli-dini adət-ənənələrinə sadiq gənclər, əsgərlərimiz, zabitlərimiz Azərbaycan yolunda qəhrəmanlıq göstərdilər, şəhid olmağı şərəf bildilər.