Salyanda Vətən müharibəsi şəhidlərinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər / 28.10.2021 / 17:15

Oktyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Salyan rayonunda 44 günlük Vətən müharibəsi şəhidlərinə həsr olunmuş onlayn formatda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşları Səftər Rəhimov, Taleh Nuriyev, rayon Təhsil Şöbəsinin əməkdaşları və din xadimləri iştirak ediblər. Əvvəlcə Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsindən bəhs edilib.

 


Son baxılan xəbərlər

Ağsuda "Heydər Əliyev - dahi şəxsiyyət" mövzusunda tədbir keçirilib

Heydər Əliyev İli
12.01.2023 / 09:25
Ətraflı oxu

Heydər məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsinə vəhdət namazı qılınıb

Xəbərlər
04.12.2020 / 14:51
Ətraflı oxu

Oğuzda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
15.04.2022 / 16:22
Ətraflı oxu

Niderlandın “Diplomat Magazine” jurnalı Azərbaycanın Xristian dünyasına verdiyi töhfə adlı məqalə dərc edib

Xəbərlər
06.01.2021 / 13:32
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ kanalına müsahibə verib

Press-relizlər
24.10.2018 / 15:54
Ətraflı oxu

Astarada növbəti maarifləndirici tədbir təşkil olunub

Press-relizlər
26.09.2017 / 09:53
Ətraflı oxu