Balakəndə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusu müzakirə olunub

Press-relizlər / 28.10.2021 / 16:12

Oktyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Balakən şəhəri Nəsimi adına 2 saylı tam orta məktəbdə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, Balakən RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Şamil Nuriyev, YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Nurlan Şibliyev, Nəsimi adına 2 saylı tam orta məktəbin direktoru Samirə Varansova, Gənclər evi Sosial xidmət müəssisəsinin əməkdaşı Osman Əliyev, şəhid ailələrinin üzvləri, qazilər, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda işğal edilmiş torpaqlarımızın 44 gün ərzində Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən işğaldan azad edilməsindən bəhs olunub.  Qeyd edilib ki, Vətən müharibəsində müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlılar çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək qanları, canları bahasına işğala son qoydular.

Tədbirin yekununda mövzu ətrafında fikir mübadiləsi aparılıb.


Son baxılan xəbərlər

Gənclər dini radikalizmə “yox” deyir!

Press-relizlər
11.02.2020 / 17:21
Ətraflı oxu

Gəncədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
04.10.2022 / 17:10
Ətraflı oxu

Mübariz Qurbanlı: “Nardarandakı məscidlər qanunsuz fəaliyyət göstərir”

Açıqlama
15.12.2015 / 18:10
Ətraflı oxu

Kürdəmirdə "Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolu" mövzusu müzakirə olunub

Press-relizlər
04.10.2022 / 15:02
Ətraflı oxu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında ...

Xəbərlər
29.09.2022 / 12:22
Ətraflı oxu

Anım Günündə şəhidlərimizin xatirəsi yad edilib

Xəbərlər
27.09.2022 / 15:01
Ətraflı oxu