Azərbaycan və Qazaxıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xəbərlər / 27.10.2021 / 17:08

Oktyabrın 27-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyinin Dini İşlər üzrə Dövlət Komitəsi arasında videoformatda görüş keçirilib.

Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyinin Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Erjan Nukejanov Azərbaycanın ölkəsi üçün vacib tərəfdaş olduğunu vurğulayaraq iki dövlət arasındakı münasibətlərin tarixi köklərindən və ortaq dəyərlərimizdən bəhs edib. Mədəni və dini sahələrdəki sıx münasibətlərin davam etdirilməsinin önəminə diqqət çəkən E.Nukejanov Qazaxıstanın dini mühiti barədə geniş məlumat verib. Ölkəsində müxtəlif mədəniyyət və konfessiyaların inkişafı üçün bütün hüquqi, sosial bazanın yaradıldığını, eləcə də dini radikalizmə qarşı genişmiqyaslı mübarizə tədbirlərinin həyata keçirildiyini qeyd edib.

DQİDK sədri Mübariz Qurbanlı isə öz növbəsində bildirib ki, hər iki xalqın liderləri Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən əsası qoyulan dostluq münasibətlərini bu gün Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev uğurla davam etdirirlər. Ölkəmizdəki dövlət-din münasibətləri, tolerant və multikultural mühit haqqında məlumat verən Mübariz Qurbanlı qeyd edib ki, dövlət tərəfindən dinlərə diqqət və qayğı hər zaman prioritet hesab olunur. Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə də danışan DQİDK sədri dindən və insanların dini inanclarından istifadə etməyə cəhd edən radikal elementlərə qarşı mübarizə sahəsində görülən işlərə toxunub. Komitə sədri, eyni zamanda 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etməsinin önəmini, o cümlədən erməni vandalizmi barədə faktları diqqətə çatdırıb.

Sonda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyinin Dini İşlər üzrə Dövlət Komitəsi arasında Memorandum imzalanıb. Dini sahədə əməkdaşlığı və təcrübə mübadiləsini gücləndirmək məqsədilə tərəflər arasında imzalanan Memorandumda qarşılıqlı maraq doğuran məsələlər barədə konfranslar, dəyirmi masalar və digər bu kimi tədbirlərin təşkil edilməsi, zərərli dini ideologiyanın və dini ekstremizmin təzahürlərinin yayılmasının qarşısının alınması üzrə maarifləndirmə işlərinin aparılması, dini təhsil müəssisələri arasında əməkdaşlığın dəstəklənməsi kimi müddəalar öz əksini tapıb.


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin BƏYANATI

Bəyanat
06.09.2021 / 15:32
Ətraflı oxu

Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
10.12.2018 / 13:07
Ətraflı oxu

Göyçayda Xocalı faciəsinin qurbanları anılıb

Press-relizlər
24.02.2018 / 09:29
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlərə sadiq Azərbaycan gəncliyi” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
27.03.2018 / 17:39
Ətraflı oxu

Misirin nüfuzlu xəbər portalında Xocalı soyqırımı haqqında məqalə dərc olunub

Xəbərlər
26.02.2020 / 12:08
Ətraflı oxu

Mübariz Qurbanlı: “Azərbaycanda nurçulara, FETÖ-çülərə məxsus məscid olmayıb”

Müsahibələr
08.09.2016 / 17:17
Ətraflı oxu