İsmayıllıda “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusu müzakirə olunub

Press-relizlər / 27.10.2021 / 16:05

Oktyabrın 27-də İsmayıllı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda seminar keçirilib.

Seminarda İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Zaur Muradov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, mərkəzin müəllim və tələbələri, gənclər iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Bildirilib ki, Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. O da vurğulanıb ki, günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

“Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlı ...

Xəbərlər
11.11.2020 / 10:01
Ətraflı oxu

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

Qusarda “Dünyəvi dövlətdə dini maarifçilik işinin təşkili” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.11.2022 / 12:00
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Azərbaycanda tolerantlıq mühitinin qorunması Berlində keçirilən beynəlxalq konfransda da ...

Açıqlama
26.11.2018 / 17:59
Ətraflı oxu

Samuxda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər
10.07.2018 / 15:24
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
13.02.2019 / 15:23
Ətraflı oxu