Press-relizlər / 26.10.2021 / 16:03
Oktyabrın 26-da İsmayıllıda “Vətənpərvərlik nümunəsi: şəhidlik və qazilik” mövzusunda seminar keçirilib.
Seminarda təşkilatçı qurumların nümayəndələri - İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Kəmalə Süleymanlı, eləcə də “İsmayıllı Xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov, şəhid ailələri, qazilər, müəllim və tələbələr iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Vətən sevgisi, şəhid və qazilərimizin nümunəvi döyüş yolundan bəhs olunub.
Sonda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində şəhidlərimizin xatirəsinə açılmış şərəf lövhəsinə baxış keçirilib.